
20:59
Misli Premyer Liqasında XXXI tur başa çatıb.
Sonuncu matçda "Zirə" "Sumqayıt"ı qəbul edib.
Qarşılaşma Bakı klubunun qələbəsi ilə yekunlaşıb - 3:1.
Meydan sahiblərinin heyətində 6-cı dəqiqədə Giorgi Papunaşvili, 45+1-ci dəqiqədə Martins Junior, 89-cu dəqiqə Salifu Suma fərqləniblər. Qonaqlarda Bobur Abdixolikov 52-ci dəqiqədə adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 61-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi 29 xalla səkkizinci sıradadır.
Günün ilk matçında "Şamaxı" evdə "Kəpəz"i məğlub edib - 2:1.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Neftçi"ni 3:0, "Sabah" "Səbail"i 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
***
18:41
Misli Premyer Liqasının XXXI turunda daha bir oyun keçirilib.
Günün ilk matçında "Şamaxı" "Kəpəz"i qəbul edib.
Şamaxı şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:1.
Komandanın qollarını 27-ci dəqiqədə Alfons Msanqa, 67-ci dəqiqədə Brahim Konate vurub. Qonaqlardan 35-ci dəqiqədə Luis Paçu fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 34-ə çatdıran "Şamaxı" yeddinci pillədə qərarlaşıb. "Kəpəz" 28 xalla doqquzuncu sıradadır.
Günün ikinci matçında "Zirə" "Sumqayıt"ı qəbul edəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Neftçi"ni 3:0, "Sabah" "Səbail"i 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
***
09:38
Misli Premyer Liqasında XXXI tura bu gün yekun vurulacaq.
Günün ilk oyununda "Şamaxı" "Kəpəz"lə üz-üzə gələcək.
Şamaxı şəhər stadionundakı matç saat 16:30-da başlayacaq.
Meydan sahibləri 31 xalla yeddinci pillədə qərarlaşıb. 28 xala malik Gəncə təmsilçisi doqquzuncu sıradadır.
Günün maraqla gözlənilən qarşılaşması Bakıda "Zirə" və "Sumqayıt" komandaları arasında oynanılacaq.
Çempionatın lideri "Qarabağ"dan 18 xal geri qalan, 58 xalla ikinci yerdə qərarlaşan "qartallar" bu görüşdə qələbə qazana bilməsə, Ağdam klubunun çempionluğu rəsmiləşəcək. 29 xalı olan "Sumqayıt" isə səkkizincidir.
Misli Premyer Liqası
IV dövrə, XXXI tur
20 aprel
16:30. “Şamaxı” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
Şamaxı şəhər stadionu
19:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
Zirə İdman Komnpleksinin stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Neftçi"ni 3:0, "Sabah" "Səbail"i 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.