Futbol üzrə U-20 dünya çempionatı Azərbaycanda keçiriləcək
Prezident İlham Əliyev bununla əlaqədar Təşkilat Komitəsinin yaradılması haqda Sərəncam imzalayıb
20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatı Azərbaycanda və Özbəkistanda keçiriləcək.
20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Təşkilat Komitəsinin sədri
Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini
Təşkilat Komitəsi sədrinin müavini
Azərbaycan Respublikasının gənclər və idman naziri
Təşkilat Komitəsinin üzvləri:
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı.
Xatırladaq ki, FİFA Şurası Azərbaycan və Özbəkistanı 2027-ci il FIFA U-20 Dünya Kubokunun birgə ev sahibi kimi rəsmi olaraq təsdiqləyib. Bu tarixi qərar turnirin ilk dəfə iki ölkədə keçirilməsini və Avropa və Asiyanı bir futbol səhnəsində bir araya gətirməsini göstərir.
FİFA prezidenti Canni İnfantino qarşıdan gələn turnirin təkcə region üçün deyil, həm də dünya futbolu üçün əhəmiyyətli bir hadisə olacağını bildirib:
“FİFA Şurasının Azərbaycan və Özbəkistanı 2027-ci il FIFA U-20 Dünya Kubokunun ev sahibi kimi seçdiyini elan etməkdən məmnunam. Bu turnir Avropa və Asiyanı birləşdirəcək və idmanımızın ən parlaq gənc istedadları üçün bir səhnə yaradacaq”.
3 dəqiqə