XƏBƏRLƏR / İdman

Azərbaycan millisi Avstriyaya 0-1 hesabı ilə məğlub oldu

Görüş bəzi məqamlarda bərabər olsa da, avstriyalıların bir qədər üstünlüyü altında keçdi

Azərbaycan millisi Avstriyaya 0-1 hesabı ilə məğlub oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Futbol üzrə Azərbaycan milli komandası AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda 6-cı oyununu evdə Avstriya yığması ilə keçirib.

    azerisport.com xəbər verir ki, qrup liderlərindən biri ilə qarşıdurmadan xüsusi gözləntilərin olmamasına baxmayaraq, hətta öz meydanında belə, final uğuru üçün kiçik şanslar var idi. Biz bunu matçın gedişində gördük. Təbii ki, ilk növbədə rəqibin heyətlə bağlı problemləri və oyundakı bir çox dəyişikliklərə görə balanssızlıq. Ancaq bununla belə, görüş bəzi məqamlarda bərabər olsa da, avstriyalıların bir qədər üstünlüyü altında keçdi.