XƏBƏRLƏR / İdman

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsi

Turnirdə səkkiz komanda iki qrupda mübarizə aparacaq

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə start veriləcək.

    Turnirdə səkkiz komanda iki qrupda mübarizə aparacaq.

    A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, “Neftçi” (Bakı) klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası yarışacaq.

    Reqlamentə əsasən, qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksələcəklər. Qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gələcəklər.

    Turnirin Şuşa mərhələsinin açılış oyunu saat 13:00-da Almaniya və Türkiyə seçmələri arasında baş tutacaq. Yığma komandamızın qrupdakı ilk oyunu saat 14:15-də Macarıstan, “Neftçi” klubunun görüşü isə saat 13:50-də Rumıniya seçməsinə qarşı olacaq.

    Qeyd edək ki, dünya qadın seriyasında Şuşa mərhələsinin oyunları “CBC Sport” telekanalı vasitəsilə də canlı yayımlanacaq.