XƏBƏRLƏR / İdman

Milli yığmamız bütün oyunları uduzsa, Santuş nə edəcək?

Futbol üzrə millimizin baş məşqçisinin müqavilə müddəti 2028-ci ildə bitir

Milli yığmamız bütün oyunları uduzsa, Santuş nə edəcək?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernando Santuş Azərbaycan millisinin UEFA Millətlər Liqasında xal qazanmayacağı təqdirdə nə edəcəyindən danışıb.

    "Müqaviləmin müddəti 2028-ci ilə qədərdir. Bizim vəzifəmiz Azərbaycan millisi ilə yaxşı komanda yaratmaq və görünməmiş nəticə əldə etməkdir. Yalnız müqavilə başa çatdıqdan sonra nəticə çıxaracağıq".- Santos mətbuat konfransında bildirib.

    Xatırladaq ki, Azərbaycan millisi sabah Qəbələdə Estoniya yığması ilə, noyabrın 19-da isə səfərdə İsveçlə qarşılaşacaq. Santuşun komandası UEFA Millətlər Liqasının əvvəlki bütün oyunlarında məğlub olmuşdu.