Braziliyalı Kadi Borges yenidən “Qarabağ”da
Kadi 2021-2022-ci illərdə də “Qarabağ”da çıxış edib

Braziliyalı futbolçu Kadi Borges yenidən “Qarabağ”ın şərəfini qoruyacaq.
28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kadi 2021-2022-ci illərdə də “Qarabağ”da çıxış edib. O, bu müddət ərzində 75 oyunda 28 qol vurub.
Braziliyalı yarımmüdafiəçi 2021/22 mövsümündə Azərbaycan çempionu və kubokunun qalibi olub.