XƏBƏRLƏR / İdman

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi

YENİLƏNİB

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:59

    Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib.

    Bakı Kristal Zalında təşkil olunan tədbir bədii proqramla başlayıb. Milli geyimli rəqqaslar müxtəlif kompozisiyalarla çıxış ediblər. Həmçinin çoxsaylı ifaçıların iştirakı ilə kütləvi rəqs nömrələri və səhnə performansları nümayiş olunub.

    Qeyd edək ki, ilk dəfə keçirilən turnir FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirib. Turnirin əsas mükafatı uğrunda Çexiya və İspaniya yığmaları qarşılaşacaqlar. A yolunun finalı bu gün saat 18:00-da Bakı Kristal Zalında keçiriləcək.

    ***

    17:45

    Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının bağlanış mərasimi başlayıb.

    \Bakı Kristal Zalında təşkil olunan tədbir bədii proqramla start götürüb.