XƏBƏRLƏR / İdman

"Qarabağ"-"Kopenhagen" matçını Serdar Gözübüyük idarə edəcək

Türk mənşəli hakim hollandiyalı hakimlər briqadasını təmsil edir

"Qarabağ"-"Kopenhagen" matçını Serdar Gözübüyük idarə edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ" - "Kopenhagen" matçını Hollandiyadan olan hakim idarə edəcək.

    Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunun Bakıda keçiriləcək Azərbaycan “Qarabağ”ı ilə Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək oyununu idarə edəcək hakimlər açıqlanıb.

    "azerisport".com xəbər verir ki, baş hakim kimi Serdar Gözübüyük təyin olunub, ona laynsmenlər Ervin Zeinstra və Patrik İnia, dördüncü hakim isə Yannik van der Laan köməklik göstərib. Hakimlər briqadası Hollandiyadandır.

    "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına stadionda saat 20:45-də başlayacaq.