XƏBƏRLƏR / İdman

UEFA Azərbaycan-Estoniya matçına 60% biletlərə qadağa qoydu

4,5 min nəfər tutumu olan Qəbələ Şəhər stadionunda biletlərin yarısından azı satışa çıxarılıb - SƏBƏB

UEFA Azərbaycan-Estoniya matçına 60% biletlərə qadağa qoydu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • UEFA Millətlər Liqası çərçivəsində noyabrın 16-da Qəbələdə keçiriləcək Azərbaycan və Estoniya milli komandaları arasında keçiriləcək oyuna biletlərin yarıdan çoxunun satışına qadağa qoyub.

    Yerli stadionun tutumu 4,5 min olduğu halda satışa 1,8 min bilet çıxarılıb.

    UEFA-nın qadağasına səbəb iki tribunanın təşkilatın standartlarına uyğun gəlməməsi olub.

    Əvvəlcə matç Bakıda keçirilməli idi, lakin COP29-a görə Qəbələyə köçürüldü.

    Qeyd edək ki, oyun noyabrın 16-da saat 18:00-da başlayacaq.