Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə keçiriləcək “Nyukasl” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.
Fevralın 25-də baş tutacaq görüşü İtaliyalı hakimlər briqadası idarə edəcək.
Baş hakim Davide Massa olacaq.

Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirəcək. VAR-da Daniele Şiffi və Kristian Dingert olacaq.
"Nyukasl" - "Qarabağ" matçı fevralın 24-dən 25-nə keçən gecə Nyukasldakı "Sent Ceyms Park" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00 başlayacaq.
Qeyd edək ki, “Qarabağ” ilk görüşdə rəqibinə 1:6 hesabı ilə məğlub olub.
1 dəqiqədən az