XƏBƏRLƏR / İdman

Bu gün "Qarabağ" Finlandiyanın "HIK" komandasını qəbul edir

Bu futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunudur

Bu gün "Qarabağ" Finlandiyanın "HIK" komandasını qəbul edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Azərbaycanın "Qarabağ" klubu Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

    Qurban Qurbanovun yetirmələri evdə Finlandiyanın HİK komandası ilə qarşılaşacaq.

    20:00 QARABAĞ (Azərbaycan) - HİK (Finlandiya)
    Bakı, “Tofiq Bəhramov” stadionu. Baş hakim - Roy Reynşrayber (İsrail).

    Qarabağ (şərti heyət): Şahruddin Maqomedəliyev, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Yassin Benzia, Leandro Andrade, Abdella Zubir, Redon Jija.

    HİK (şərti heyət): Jesse Est, Miro Tenho, Jukka Raitala, Joona Toivio, Lukas Lingman, Georgios Kanellopoulos, Atomu Tanaka, Pyru Soiri, Kevin Kouassivi-Benissan, Topi Keskinen, Bojan Radulovic.

    Cavab oyunu avqustun 17-də Helsinkidə keçiriləcək.