XƏBƏRLƏR / İdman

"Qarabağ" qələbə qazandı

Ağdam təmsilçisi III təsnifat mərhələsində Finlandiya HİK-i ilə görüşüb

"Qarabağ" qələbə qazandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

    Çempionlar Liqası ilə vidalaşan Qurban Qurbanovun yetirmələri Avropa Liqasında mübarizəyə başlayıb.

    Ağdam təmsilçisi III təsnifat mərhələsində Finlandiya HİK-i ilə görüşüb. Bu gün baş tutan ilk qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

    Görüşü 2:1 hesablı qələbə ilə başa vuran təmsilçimiz çətin şimal səfərinə üstün tərəf kimi yollanacaq.

    Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 17-də keçiriləcək.