XƏBƏRLƏR / İdman

Boksçumuz Alfonso Dominqes ən azı bürünc medalı təmin etdi

O, 1/4 final görüşündə Qazaxıstan təmsilçisi Aibek Oralbayı məğlub edib

Boksçumuz Alfonso Dominqes ən azı bürünc medalı təmin etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Alfonso Dominqes 2024-cü il Olimpiadasında özünə ən azı bürünc medalı təmin etdi.

    Kuba əsilli Azərbaycan boksçusu 1/4 final görüşündə Qazaxıstan təmsilçisi Aibek Oralbay üzərində 3:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

    Boksda üçüncü yer uğrunda döyüşlərin olmadığını nəzərə alsaq, 1/2 finalda uduzan avtomatik olaraq bürünc qazanır.

    Yarımfinalda Dominqes Emanuel Reneslə (Belçika) qarşılaşacaq, döyüş avqustun 4-də baş tutacaq.