XƏBƏRLƏR / İdman

“Paris-2024”: Basketbol yığmamız növbəti oyununu keçirib

Basketbolçularımıx\z bu dəfə Fransanı sınağa çəkib

“Paris-2024”: Basketbol yığmamız növbəti oyununu keçirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.

    Ötən gün ABŞ seçməsi üzərində tarixi qələbə qazanan yığma bu dəfə Fransanı sınağa çəkib.

    Görüş rəqibin 15:10 hesablı qələbəsi ilə başa çatıb.

    Qeyd edək ki, Azərbaycan yığması bu gün növbəti görüşünü Almaniyaya qarşı keçirəcək.