XƏBƏRLƏR / İdman

Formula 1 daha üç il Bakıda keçiriləcək

Bunu gənclər və idman naziri Fərid Qayıbov Formula 1 Azərbaycan Qran-Prisinin 2026-cı ilədək ölkəmizdə keçirilməsi barədə danışarkən deyib

Formula 1 daha üç il Bakıda keçiriləcək
Fərid Qayıbov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Formula 1 Azərbaycan Qran-Prisinin təşkili ölkəmiz üçün qürur mənbəyidir. Yarış daha üç il azarkeşlərimizi ruhlandırmağa və həyəcanlandırmağa davam edəcək.

    Bunu gənclər və idman naziri Fərid Qayıbov Formula 1 Azərbaycan Qran-Prisinin 2026-cı ilədək ölkəmizdə keçirilməsi barədə danışarkən deyib.

    Nazir bildirib ki, Bakıda təşkil olunan son altı yarışda ən yaxşı və ən dramatik anlar yaşanıb. Növbəti üç il ərzində yerli və əcnəbi F-1 azarkeşləri gözəl anlar yaşayacaqlar. Bugünkü razılaşma 100-dən çox ölkədən rekord sayda azarkeşi qəbul etdiyimiz yarış həftəsonuna təsadüf etdi. Bunu xüsusi əhəmiyyətli etmək üçün bu günü seçdik.

    Qeyd edək ki, Azərbaycan Qran-Prisi 2026-cı ilədək Formula 1 təqvimində qalacaq. Bu barədə tərəflər arasında müqavilə imzalanıb.