XƏBƏRLƏR / İdman

Türkiyə qadın voleybolçuları 1/4 finalda Çinlə görüşəcək

Qarşılaşma avqustun 6-da, çərşənbə axşamı Bakı vaxtı ilə saat 11:00-da başlayacaq

Türkiyə qadın voleybolçuları 1/4 finalda Çinlə görüşəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Paris 2024 Olimpiya Oyunlarında mübarizə aparan Türkiyə qadın voleybolçulardan ibarət milli komanda 1/4 finaldakı rəqibi müəyyənləşib.

    Ardıcıl ikinci dəfə Olimpiya Oyunlarında 1/4 finala yüksələn “Filenin (voleybol toru) sultanları” avqustun 6-da, çərşənbə axşamı Bakı vaxtı ilə saat 11:00-da A qrupunda birinci yeri tutan Çinlə qarşılaşacaq. Görüşü TRTSpor kanalı yayımlayacaq.

    1/4 finalın digər oyunları belədir:

    14.00 Braziliya-Dominikan Respublikası

    18.00 ABŞ-Polşa

    22.00 İtaliya-Serbiya