Metro gücləndirilmiş iş rejimində işləyəcək
“Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar

“Bakı Metropoliteni” QSC avqustun 27-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
QSC-dən bildirilib ki, xüsusilə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən metronun “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək.