XƏBƏRLƏR / İdman

Millimiz DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxacaq

Bu gün Azərbaycan yığması ilk oyununu səfərdə İslandiya komandasına qarşı keçirəcək

Millimiz DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunda ilk oyununu keçirəcək.

    Fernando Santuşun komandası səfərdə İslandiya millisi ilə qarşılaşacaq.

    22:45 İSLANDİYA - AZƏRBAYCAN

    Reykyavik, Laugardalsvöllur Stadionu. Baş hakim - Sander van der Eijk (Hollandiya).

    İslandiya (şərti heyət): Haukon Valdimarsson, Sverrir Inqason, Daniel Leo Grietarsson, Viktor Palsson, Logi Tomasson, Villum Thor Villumsson, Gisli Thordarsson, Albert Gudmundsson, Jon-Dagur Thorsteinsson, Haukon-Arnar Gudmundsson, Andri.

    Azərbaycan (şərti heyət): Şaxruddin Maqomedəliyev, Bəhlul Mustafazadə, Cəlal Hüseynov, Rəhman Daşdəmirov, Abbas Hüseynov, Elvin Cəfərquliyev, İsmayıl İbrahimli, Emin Mahmudov, Ozancan Kekçu, Mahir Əmrəli, Renat Dadaşov.

    Digər qrup matçı
    22:45 UKRAYNA – FRANSA
    Wroclaw (Polşa), Tarczynski Arena stadionu. Baş hakim – Denni Makkeli (Hollandiya).