XƏBƏRLƏR / İdman

İtaliya III Avropa Oyunlarında medal sırasında liderdir

Azərbaycan milli komandası siyahıda 29-cu pillədə qərarlaşıb

İtaliya III Avropa Oyunlarında medal sırasında liderdir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Polşada keçirilən III Avropa Oyunlarının 11-cu günündən sonra medal siyahısı açıqlanıb.

    Yarışın arxada qalan hissəsində 769 medal sahibini tapıb.

    Bunların 222-si qızıl, 221-i gümüş, 326-sı bürüncdür. Azərbaycan milli komandası siyahıda 29-cu pillədə qərarlaşıb. Komandamızın hesabında 9 medal var. Onlardan 2-si qızıl, 1-i gümüş, 6-sı isə bürünc əyarlıdır.

    İlk sırada İtaliya qərarlaşıb. Onlar 28 qızıl, 24 gümüş və 38 bürünc medala sahib olublar. İspaniya (20 qızıl, 14 gümüş, 19 bürünc) ikinci, Ukrayna (20 qızıl, 11 gümüş, 18 bürünc) üçüncüdür.

    On bir gün ərzində 48 ölkədən 41-ı medal qazanıb. Onlardan 35-i çempionluq sevinci yaşayıb.