XƏBƏRLƏR / İdman

Gənc cudoçu qızlarımız qızıl medal qazanıb

Tallində gənclər arasında cudo üzrə Avropa çempionatı keçirilir

Gənc cudoçu qızlarımız qızıl medal qazanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın iki cüdoçusu Estoniyanın paytaxtı Tallinndə keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.

    48 kq çəki dərəcəsində Kənül Əliyeva və 57 kq çəki dərəcəsində Fidan Əlizadə final döyüşlərində qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

    60 kq-dək çəki dərəcəsində mübarizə aparan kişi cüdoçu Nizami İmranov həlledici görüşdə məğlub olaraq gümüş medal qazanıb.