XƏBƏRLƏR / İdman

"Sabah" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib

Oyun Premyer Liqanın XXV turu çərçivəsində keçirilib YENİLƏNİB

"Sabah" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 21:49

    Misli Premyer Liqasının XXV turunda üz-üzə gələn "Sabah" və "Araz-Naxçıvan" kollektivlərinin duelində qalib müəyyənləşməyib.

    "Bank Respublika Arena”da keçirilən görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb.

    Meydan sahiblərinin heyətində Xəyal Əliyev (7) və Sofian Çakla (64) adını tabloya yazdırıb. Qonaq komandadan isə Bernardo Diasla (12) Ülvi İsgəndərov (72) dəqiq zərbə müəllifi olublar.

    "Araz-Naxçıvan" turnir cədvəlində 46 xalla dördüncü, "Sabah" isə 34 xalla beşincidir.

    Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Şamaxı" "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı, "Zirə" isə "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib. Tura martın 5-də keçiriləcək "Kəpəz" - "Neftçi" matçı ilə yekun vurulacaq.

    ***

    19:50

    Futbol üzrə Misli Premyer Liqasının XXV turunda "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib.

    Tovuz şəhər stadionunda baş tutan matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

    Paytaxt təmsilçisinin heyətində Qismət Alıyev (5,p) və İssa Cibrila (56) fərqləniblər.

    Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 42 xalla 4-cü, "qartallar" isə 48 xalla ikinci pillədə qərarlaşıb.

    Qeyd edək ki, ötən gün "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" isə "Sumqayıt"ı 2:0 hesabı ilə üstələyib. Tura martın 5-də keçiriləcək "Kəpəz" - "Neftçi" matçı ilə yekun vurulacaq.

    ***

    09:31

    Futbol üzrə Misli Premyer Liqasında bu gün XXV turun daha iki oyunu keçiriləcək.

    Günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.

    Qarşılaşma saat 17:30-da start götürəcək. Meydan sahibləri 42 xalla 4-cü, qonaqlar 45 xalla ikinci pillədə qərarlaşıb.

    İkinci görüşdə isə "Sabah" və "Araz-Naxçıvan" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Oyun saat 19:30-da başlayacaq. Bakı klubu 33 xalla 5-ci, Naxçıvan təmsilçisi 45 xalla üçüncüdür.

    Misli Premyer Liqası
    III dövrə, XXV tur

    4 mart

    17:30. “Turan Tovuz” – “Zirə”
    Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
    VAR: Nicat İsmayıllı.
    AVAR: Vüsal Məmmədov.
    Hakim-inspektor: Orxan Məmmədov.
    AFFA nümayəndəsi: Anar Şixəliyev.
    Tovuz şəhər stadionu

    19:30. “Sabah” – “Araz-Naxçıvan”
    Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
    VAR: Tural Qurbanov.
    AVAR: Kamran Bayramov.
    Hakim-inspektor: Babək Quliyev.
    AFFA nümayəndəsi: Nəriman Axundov.
    “Bank Respublika Arena”

    Qeyd edək ki, ötən gün "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" isə "Sumqayıt"ı 2:0 hesabı ilə üstələyib. Tura martın 5-də keçiriləcək "Kəpəz" - "Neftçi" matçı ilə yekun vurulacaq.