Azərbaycan Premyer Liqası: Daha iki oyun keçiriləcək
"Araz-Naxçıvan" "Şamaxı"nı, "Səbail" "Neftçi"ni qəbul edəcək
Azərbaycan Premyer Liqasının II turunda bu gün daha iki oyun keçiriləcək.
Əvvəlcə "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Şamaxı"nı qəbul edəcək.
Saat 18:45-də başlayacaq qarşılaşmanı Fərid Hacıyev idarə edəcək.
Günün son matçı "ASCO Arena"da "Səbail" və "Neftçi" klubları arasında oynanılacaq. Saat 20:00-da başlayacaq görüşü Kamal Umudlu idarə edəcək.
İlk turda "Araz-Naxçıvan" "Qarabağa" 1:4 hesabı ilə məğlub olmuşdu. "Şamaxı" - "Sabah" matçında 2:2 bərabərlik qeydə alınmışdı. "Səbail" 1:4 hesabı ilə "Zirə"yə yenilmişdisə, "Neftçi" - "Turan Tovuz" görüşündə qol vurulmamışdı.
Azərbaycan Premyer Liqası
II tur
18:45. “Araz Naxçıvan” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Zohrab Abbasov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Mərdəkan, "Liv Bona Dea Arena".
21:00. “Səbail” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
ASCO Arena.
Qeyd edək ki, II tura avqustun 11-də yekun vurulacaq.