XƏBƏRLƏR / İdman

DÇ-2026: Final matçının ən yaxşı oyunçusu Ferran Torresdir

FIFA xəbər verir

DÇ-2026: Final matçının ən yaxşı oyunçusu Ferran Torresdir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final matçının ən yaxşı oyunçusu açıqlanıb.

    Bu ada Avropa təmsilçisinin hücumçusu Ferran Torres layiq görülüb.

    Qeyd edək ki, Torres komandasının 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə yeganə qolun müəllifi olub. O, 106-cı dəqiqədə fərqlənib.