Özbəkistan millisinin baş məşqçisi əfsanəfi Kannavaro oldu
Bu gün italiyalı məşqçi Daşkəndə gəlib

Fabio Kannavaro futbol üzrə Özbəkistan milli komandasının baş məşqçisi təyin edilib. O bu gün köməkçiləri ilə bir yerdə Daşkəndə gəlib.
Özbəkistan Futbol Assosiasiyası ölkə millisinə rəhbərlik edəcək əfsanəvi italyan məşqçi Fabio Kannavaro ilə müqavilə imzaladığını açıqlayıb.
Kannavaro üçqat Dünya Kubokunun iştirakçısı, 2006 Dünya Kubokunun qalibi və dövrünün ən yaxşı müdafiəçilərindən biridir. İndi o, Özbəkistan millisini ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına hazırlayacaq.
Rusiyanın idman nəşrləri 52 yaşlı mütəxəssisin məvacibinin məşqçilər heyətinin xərcləri də daxil olmaqla ildə təxminən 4 milyon avro təşkil edəcəyini yazmışdı.
Kannavaronun məşqçilər heyətinə aşağıdakı mütəxəssislər daxildir:
- Augenio Albarella – Baş məşqçinin köməkçisi (əvvəllər Yaponiya millisini, həmçinin “Yuventus”, “Udineze” və “Dinamo Zaqreb”i çalışdırıb);
- Francesco Troise – Fitness məşqçisi (Benevento, Udineze və Dinamo Zaqrebdə təcrübəsi var);
- Antonio Çimenti - qapıçılar üzrə məşqçi (əvvəllər İtaliyanın gənclər komandasını çalışdırıb, həmçinin Sampdoria və SPAL-da işləyib).