Azərbaycanın qadın şahmatçısı Avropa çempionu oldu
Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı qadın şahmatçıdır
Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanıb.
Sonuncu – X turda Gürcüstan təmsilçisi Nina Batsiaşvili ilə heç-heçə edən iti zəka sahibi qitə çempionluğunu qazanıb.
Bu nəticədən sonra xallarını 8,5-ə çatdıran Ü. Fətəliyeva rəqibləri üçün əlçatmaz olub.
Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.