XƏBƏRLƏR / İdman

Ədalətli Oyunlar Komitəsi Qurban Qurbanovu mükafatlandırıb

“Qarabağ”ın baş məşqçisi Dünya Feyr-pley Diplomuna layiq görülüb

Ədalətli Oyunlar Komitəsi Qurban Qurbanovu mükafatlandırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (“International Fair Play Committee”) Şurası tərəfindən 2022-ci ildə idman dünyasında və ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinin tanınmasına görə “Jean Borotra - Karyera” kateqoriyasında Dünya Feyr-pley Diplomuna layiq görülüb.

    Bu mükafat ona 2022-ci ilin 24 fevralında UEFA Konfrans Liqasının 1/16 final mərhələsində “Marsel”lə matçda dünyaya səs salan ədalətli jestinə görə verilib.

    Qeyd edək ki, Qurbanova bu mükafat Azərbaycan idman Jurnalistləri Assosiasiyasının təqdimatı əsasında verilib.

    Xatırladaq ki, “Marsel”lə sözügedən oyunda “Qarabağ”ın futbolçusu İbrahima Vadji fərqlənsə də, Qurban Qurbanov müdaxilə edərək qolun əllə vurulduğunu bildirib. Bundan sonra hakimlər qolu ləğv ediblər.