Çempionlar Liqası: “Barselona” noyabrın 23-də Bakıya gəlir
"Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda “Sabah”la qarşılaşacaq “Barselona”nın Azərbaycana səfər tarixi bəlli olub.
Bu barədə Bakı təmsilçisidən məlumat verilib.
Bildirilib ki, İspaniya klubu noyabrın 23-ü axşam saatlarında paytaxtımızda olacaq.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.
1 dəqiqədən az