“Barselona” klubu Azərbaycana gəlib FOTO
Noyabrın 25-də Bakı Olimpiya Stadionunda “Sabah” - “Barselona” oyunu keçiriləcək
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində “Sabah”ın qonağı olacaq İspaniyanın “Barselona” klubu Azərbaycana gəlib.
Kataloniya təmsilçisinin üzvlərini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
İspaniya nəhəngini hava limanında komandanın Azərbaycandakı azarkeşləri böyük coşqu ilə qarşılayıblar.

"Barsa"nın heyətində Rodri, Xavi Espart, Andreas Kristensen və Lamin Yamal olmayacaq. Sonuncunun yoxluğu komandanın Bakıya uçuşuna bir neçə saat qalmış açıqlanıb. Kataloniyalı ulduz sağ topuq nahiyəsində ağrılardan əziyyət çəkir.
Aşağıdakı futbolçular Bakıya gəlib:
Joan Qarsiya, Juan Kanselu, Alexandro Balde, Brayan Farinyas, Pau Kubarsi, Qavi, Fermin Lopes, Pedri, Qabriel Jezus, Rafinya, Voytsex Şesnı, Karim Adeyemi, Entoni Qordon, Jerar Martin, Dani Olmo, Frenki de Yonq, Mark Bernal, Jül Kunde, Erik Qarsiya, Dominik Livakoviç, Cessi Bisivu, Aleks Kampos.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” oyunu saat 21:45-də başlayacaq.
1 dəqiqə