XƏBƏRLƏR / İdman

“Barselona” Lamin Yamalı Bakıya gətirmir

18 yaşlı hücumçu bərpa prosesini davam etdirir

“Barselona” Lamin Yamalı Bakıya gətirmir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”a qarşı keçiriləcək oyun üçün Bakıya səfər etməyəcək.

    Klubun rəsmi saytı xəbər verir ki, 18 yaşlı hücumçu bərpa prosesini davam etdirmək və tam hazır vəziyyətə qayıtmaq məqsədilə Barselonada qalacaq.

    Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:45-də start götürəcək.