XƏBƏRLƏR / İdman

"Qarabağ” qış transfer pəncərəsində Aleksey İsayevi aldı

Ölkə çempionu “Sabah”ın oyunçusu ilə 3,5 illik müqavilə imzalayıb

"Qarabağ” qış transfer pəncərəsində Aleksey İsayevi aldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ” qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib.

    "Report" Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu “Sabah”ın oyunçusu Aleksey İsayevi transfer edib.

    Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.

    O, 2020-2023-cü illərdə “Sabah”ın formasını geyinib. İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib.