XƏBƏRLƏR / İdman

"Qarabağ" yenə Xankəndi stadionunda oynayacaq

Burada ağdamlıların Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək

"Qarabağ" yenə Xankəndi stadionunda oynayacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın “Qarabağ” futbol klubu bu mövsüm daha bir oyununu Xankəndində keçirmək niyyətindədir.

    Azerisport.com xəbər verir ki, ağdamlılar Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununu Xankəndində Bakının “Sabah”ına qarşı keçirəcək.

    Xatırladaq ki, kubokun ilk 1/4 final oyunları yanvarın 30-31-də, cavab görüşləri isə fevralın 6-7-də keçiriləcək.