XƏBƏRLƏR / İdman

Ronaldo “Maradona” mükafatını alacaq

Bu barədə "euro-football.ru" portalı məlumat yayıb

Ronaldo “Maradona” mükafatını alacaq
Kriştiano Ronaldo
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo əfsanəvi Dieqo Maradonanın adını daşıyan mükafata layiq görülüb.

    Bu barədə "euro-football.ru" portalı məlumat yayıb.

    Forvard mükafatı 2023-cü il təqvim ilinin bombardiri kimi alacaq. 38 yaşlı portuqaliyalı 54 qola imza atıb. Ondan sonra hərəyə 52 qol vuran PSJ-nin hücumçusu Kilian Mbappe və "Bavariya"nın hücumçusu Harri Keyn gəlir.

    Ronaldo mükafatı yanvarın 19-da Dubayda keçiriləcək “Globe Soccer Awards” mərasimində alacaq. O, beşqat “Qızıl top”un sahibidir.