XƏBƏRLƏR / İdman

Gimnastlarımız finala vəsiqə qazanıb

Final sabah Bakı vaxtı ilə saat 16:00-da start götürəcək

Gimnastlarımız finala vəsiqə qazanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 15:12

    Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıb.

    Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət təsnifat mərhələsini 8-ci pillədə başa vurub.

    Milli ümumi 62.000 xal toplayıb. Yığma halqalarla hərəkətdə 33.850, üç lent və iki topla isə 28.150 xala layiq görülüb. Final sabah Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

    13:48

    ***

    14:27

    Olimpiya oyunlarında Gimnastika üzrə Azərbaycan milli komandası qrup hərəkətlərində çıxışa başlayıb.

    Komanda 33,850 xal toplayıb. Komanda həmçinin lentlə öz bacarıqlarını nümayiş etdirəcək.