XƏBƏRLƏR / İdman

Güləşçimiz Giorgi Meşvildişvili yarımfinala yüksəlib

İdmançımız 125 kq çəki dərəcəsində çıxış edir YENİLƏNİR

Güləşçimiz Giorgi Meşvildişvili yarımfinala yüksəlib
Giorgi Meşvildişvili
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 15:08

    Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

    125 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Lxaqvaqerel Munxtur (Monqolustan) ilə üz-üzə gəlib.

    Rəqibinə qalib gələn Meşvildişvili (12:2) yarımfinala yüksəlib.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

    ***

    14:31

    Giorgi Meşvildişvili 1/4 finala vəsiqə qazanıb.

    Azərbaycan sərbəst güləşçisi Giorgio Mesvildisvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ilk oyununu kecirib.

    125 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 final mərhələsində misirli Diaeldin Abdelmottaleblə qarşılaşıb.

    Meşvildişvili rəqibinə 4:0 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanib.