XƏBƏRLƏR / İdman

"Neftçi" "Araz-Naxçıvan"la heç-heçə edib

"Sumqayıt" - "Sabah" oyununda 6 qol vurulub, qalib müəyyənləşməyib

"Neftçi" "Araz-Naxçıvan"la heç-heçə edib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 21:05

    Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

    Günün ikinci matçında "Sabah" "Sumqayıt"ın qonağı olub.

    Qarşılaşmada qalib müəyyənləşməyib - 3:3.

    Meydan sahiblərinin heyətində 18-ci dəqiqədə Ronaldo Vaskes, 46-cı dəqiqədə Bobir Abdixolikov, 88-ci dəqiqədə Momo Yansane fərqlənib.

    Qonaqların qollarını 6-cı və 71-ci dəqiqələrdə Umarali Raxmonaliyev, 77-ci dəqiqədə Tellur Mütəllimov vurub.

    Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "Sabah" beşinci pillədə qərarlaşıb. 29 xalı olan "Sumqayıt" yeddincidir.

    Günün ilk matçında "Neftçi" evdə "Araz-Naxçıvan"la heç-heçə edib - 1:1.

    Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. Tura martın 30-da yekun vurulacaq.


    ***

    18:45

    Misli Premyer Liqasının XXVIII turunda daha bir oyun keçirilib.

    Günün ilk matçında "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edib.

    Qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.

    3-cü dəqiqədə Bassala Sambu meydan sahiblərini önə keçirib. 6-cı dəqiqədə İssuf Paro tarazlığı bərpa edib.

    Bu nəticədən sonra xallarının sayını 48-ə.çatdıran Naxçıvan təmsilçisi üçüncü pillədəki mövqeyini qoruyub. "Neftçi" 32 xalla altıncıdır.

    Saat 19:00-da start götürəcək görüşdə "Sabah" "Sumqayıt"ın qonağı olacaq.

    Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. Tura martın 30-da yekun vurulacaq.

    ***

    09:08

    "Neftçi" bu gün Misli Premyer Liqasında "Araz-Naxçıvan"la üz-üzə gələcək.

    XXVIII turun oyunu saat 16:45-də start götürəcək.

    "Neftçi Arena"dakı qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək. "Ağ-qaralar" 27 turdan sonra 31 xalla altıncı, qonaqlar 47 xalla üçüncü pillədə qərarlaşıb.

    Günün ikinci matçında "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Saat 19:00-da başlayacaq görüşün baş hakimi Tural Qurbanov olacaq. "Gənclik şəhəri" təmsilçisi 28 xalla yeddinci, Bakı klubu 35 xalla beşinci sıradadır.

    Misli Premyer Liqası, IV dövrə

    XXVIII tur

    16:45. “Neftçi” – “Araz-Naxçıvan”
    Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
    VAR: Rəşad Əhmədov
    AVAR: Teymur Teymurov
    Hakim-inspektor: Babək Quliyev
    AFFA nümayəndəsi: Azər Əsgərov
    “Neftçi Arena”

    19:00. “Sumqayıt” – “Sabah”
    Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev
    VAR: Rauf Cabarov
    AVAR: Akif Əmirəli
    Hakim-inspektor: Asim Xudiyev
    AFFA nümayəndəsi: Elgiz Abbasov
    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

    Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib.