Premyer Liqa: Bu gün XXIX tura start verilir YENİLƏNİB
“Səbail” “Turan Tovuz”la üz-üzə gəlib

19:10
Misli Premyer Liqasında XXIX tura start verilib.
Turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Turan Tovuz” “ASCO Arena”da “Səbail”in qonağı olub. Görüş qolsuz bərabərliklə yekunlaşıb.
Bu nəticədən sonra Tovuz klubu hazırda turnir cədvəlində 44 xalla dördüncü pillədə qərarlaşıb. Sonuncu - 10-cu yerdə olan “Səbail”in isə 20 xalı var.
Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq.
***
09:49
Misli Premyer Liqasında bu gün XXIX tura start veriləcək.
Turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
“Turan Tovuz” “ASCO Arena”da “Səbail”in qonağı olacaq. Rəşad Əhmədovun idarə edəcəyi görüş saat 17:00-da başlayacaq.
“Turan Tovuz” hazırda turnir cədvəlində 43 xalla dördüncü pillədə qərarlaşıb. Sonuncu - 10-cu yerdə olan “Səbail”in isə 19 xalı var.
Misli Premyer Liqası
IV dövrə, XXIX tur
5 aprel
17:00. “Səbail” – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev
“ASCO Arena”
Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq.