XƏBƏRLƏR / İdman

DÇ: Yunan-Roma güləşçimiz finala yüksəlib YENİLƏNİB

Bakıda güləş üzrə U17 dünya çempionatı başlayıb

DÇ: Yunan-Roma güləşçimiz finala yüksəlib YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 19:21

    Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında finala yüksəlib.

    80 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda litvalı Benediktas Bubeleviçusla qarşılaşıb. Görüş Azərbaycan güləşçisinin qələbəsi ilə yekunlaşıb.

    Daha əvvəl Ömər Salmanov (48 kiloqram) yarımfinalda Rusiya təmsilçisi Sultan Yusupova, Orxan Həbibli isə (65 kiloqram) ukraynalı İbrahim Nəsibova uduzub. Hər iki idmançı bürünc medal uğrunda görüşə çıxacaq.

    Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışa avqustun 2-də yekun vurulacaq.

    ***

    15:04


    Bakıda güləş üzrə U-17 dünya çempionatına start verilib.

    İlk gündə Azərbaycanın 3 yunan-Roma güləşçisi yarımfinala vəsiqə qazanıb.

    Ömər Salmanov (48 kiloqram), Orxan Həbibli (65 kiloqram) və İsfahan Həsənov (80 kiloqram) finala vəsiqə uğrunda güləşəcəklər. Onlar 1/4 finalda müvafiq olaraq, iranlı İsmaili Leivesi, özbəkistanlı Sardor Mahmudovu və türkiyəli Abdulhalik Balı məğlub ediblər.

    Bu gün mübarizəyə qoşulan digər 2 güləşçimiz - Emin Baxşəliyev (110 kiloqram) təsnifatda, Qurban Məcnunov (55 kiloqram) isə 1/8 finalda uduzub.

    Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışa avqustun 2-də yekun vurulacaq.

    ***

    10:48

    Bu gün Bakıda güləş üzrə U17 dünya çempionatına start veriləcək.

    Milli Gimnastika Arenasında təşkil ediləcək mundiala yunan-Roma güləşçiləri start verəcək.

    Dünən püşkatma mərasimi keçirilib və təmsilçilərimizin ilk rəqibləri müəyyənləşib.

    45 kq

    Təsnifat mərhələsi

    Əli Cavadlı – Oqnyan Burqazov (Bolqarıstan)

    48 kq

    1/8 final

    Ömər Salmanov – Avinaş Çetake (Hindistan)

    51 kq

    Təsnifat mərhələsi

    Abdulrəhman Hüseynli – Kuanişbek Janqajol (Qazaxıstan)

    55 kq

    Təsnifat mərhələsi

    Qurban Məcnunov – Alixan Minazarov (Qırğızıstan)

    60 kq

    Təsnifat mərhələsi

    Elmir Çərkəzov – Nurali Askar (Qazaxıstan)

    65 kq

    Təsnifat mərhələsi

    Orxan Həbibli – Qaspar Sançez (Çexiya)

    71 kq

    Təsnifat mərhələsi

    Nadir Həsənov – Mahdi Azizboyev (Tacikistan)

    80 kq

    Təsnifat mərhələsi

    İsfahan Həsənov – Toma Yelenç (Xorvatiya)

    92 kq

    Təsnifat mərhələsi

    Zöhrab Səfərov – Hlib Yevsieyev (Ukrayna)

    110 kq

    Təsnifat mərhələsi

    Emin Baxşəliyev – Andrey Simiç (Serbiya)

    Xatırladaq ki, ilkin mərhələ görüşləri 10:30-da start götürəcək. 17:15-də yarışın açılış mərasimi, 18:00-da isə yarımfinallar başlayacaq.