XƏBƏRLƏR / Neft və Qaz

Avropa Komissiyası Azərbaycana qarşı böhtanları rədd edir

Avropa Parlamentinin fransalı üzvü Azərbaycana qarşı təxribat xarakterli şayiələr yaymaqla məşğuldur

Avropa Komissiyası Azərbaycana qarşı böhtanları rədd edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa Komissiyası Azərbaycanın Avropaya ixrac etdiyi qazın bir hissəsinin Rusiya mənşəli olması ilə bağlı iddiaları rəsmi olaraq təkzib edib. Son illərdə bəzi dairələr tərəfindən oxşar şayiələr məqsədyönlü şəkildə yayılıb.

    Avropa Komissiyası fransalı Avropa Parlamentinin üzvü Jan-Pol Qarronun sualına cavab olaraq bildirib ki, bu ittihamlar tamamilə yalandır və Cənub Qaz Dəhlizində Rusiya qazı yoxdur.

    Fransalı Avropa Parlamentinin üzvü çıxışında Avropa İttifaqı daxilində "siyasi və mənəvi ziddiyyət" adlandırdığı siyasəti pisləyib. O, iddia edib ki, Aİ öz enerji embarqosunu aşaraq Bakıdan qaz idxal edir və onlar da "öz növbəsində onu Moskvadan alıb Avropa ölkələrinə daha yüksək qiymətə satıblar".