Avropa nüvə müharibəsinə hazırlaşır
Vətəndaşlara nüvə təhlükəsi zamanı necə hərəkət etməli olduqları barədə təlimatlar göndərilib
Avropa Birliyi nüvə müharibəsinə hazırlaşır: vətəndaşlara nüvə təhlükəsi zamanı necə hərəkət etməli olduqları barədə təlimatlar göndərilib.
Macarıstan hökumətinin sözçüsü Zoltan Kovaç Facebook-da bildirib ki, Avropa Birliyi ölkələrinin sakinlərinə nüvə təhlükəsi zamanı necə hərəkət etməli olduqları barədə təlimatlar göndərilib. O bildirib ki, materiallar Avropa Parlamentindəki ən böyük fraksiya olan Avropa Xalq Partiyası tərəfindən hazırlanıb. Sənəddə vətəndaşlara hava hücumu xəbərdarlıq siqnallarını, ən yaxın sığınacaqların yerini və evdə su, qida və zəruri əşyaların olub-olmadığını yoxlamaq tövsiyə olunur. Təlimatlarda həmçinin bu suallara izahatlar və "düzgün" cavablar var.
Kovaç Brüsselin sülhə nail olmaq səylərindən daha çox müharibəyə hazırlığa diqqət yetirməsindən narazılığını bildirib. "Söhbət sülhə hazırlıqdan getmir, kəskin eskalasiyaya, hətta nüvə ssenarisinə hazır olmaqdan gedir", - deyə o bildirib.
1 dəqiqə