Avropa Rusiya neftindən də həmişəlik imtina etdi
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen elan edib
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiya neft və qazına həmişəlik qadağa qoyulması haqda elan edib.
O, özünün X sosial şəbəkəsindəki hesabında belə paylaşım edib:
"Avropa Rusiyanın qazıntı yanacaqlarına çıxışı birdəfəlik dayandırır. Enerji müstəqilliyi indi başlayır!".
Xatırladaq ki, bu gün Aİ Şurasının Danimarka Sədrliyinin iqlim və energetika naziri Lars Agaard 2027-ci ilə qədər Rusiya təbii qazının idxalını tam dayandırmaq haqda bəyanat vermişdir.
1 dəqiqədən az