Avropa Rusiyaya qarşı 14-cü sanksiyalar paketinini hazırladı
Yeni paket Avropa limanlarında maye qaz daşınması və Rusiyaya məxsus nəqliyyat şirkətlərini əhatə edəcək

Avropa Komissiyası (AK) Rusiyaya qarşı 14-cü sanksiyalar paketinin layihəsini təqdim edib.
Məhdudiyyətlər Rusiya LNG-nin Avropa limanlarında daşınmasına, eləcə də Rusiya tərəfinə məxsus Aİ-də nəqliyyat şirkətlərinin işinə şamil ediləcək.
Bundan əlavə, Aİ xaricində ticarət məhdudiyyətlərinə məruz qalacaq şirkətlərin siyahısı hazırlanıb. Heliumun idxalı, həmçinin manqan filizinin, mədən maşınlarının, monitorların və elektronikanın ixracı qadağan ediləcək.
Sanksiyalar həmçinin Avropanın siyasi partiyaları, fondları, qeyri-hökumət təşkilatları və tədqiqat mərkəzlərinin Rusiya tərəfindən maliyyələşdirilməsinə də təsir edəcək.