Avropa Rusiyaya qarşı 22-ci sanksiya paketini açıqlayıb
Bu barədə Avropa Komissiyasından bildirilib
Avropa Komissiyası Rusiyaya qarşı 22-ci sanksiya paketini açıqlayıb.
Yeni paketə aşağıdakılar daxildir:
▪️Təxminən 60 Rusiya bankı üçün əməliyyatlara qadağa və SWIFT sistemindən tamamilə ayrılma.
▪️Üçüncü ölkələrdə yerləşənlər də daxil olmaqla, məhdudiyyətləri aşmaq üçün istifadə edilən kriptovalyuta platformalarına və ödəniş şəbəkələrinə qarşı tədbirlərin gücləndirilməsi.
▪️Neft emalı zavodları da daxil olmaqla, Rusiya enerji infrastrukturunun tikintisində, istismarında və təmirində iştirak edən Avropa şirkətlərinə qadağa.
▪️Rusiyanın "kölgə donanması"ndan əlavə 70-dən çox gəminin sanksiya siyahısına daxil edilməsi, eləcə də Rusiyada sığortalanmış bütün tankerlərə qadağa qoyulması təklifi.
▪️Ukraynadakı döyüşlərdə iştirak etmiş keçmiş və hazırkı Rusiya hərbçilərinin AB-yə girişinə qadağa.
▪️Rusiyada şirkətlərin idarə heyətində vəzifə tutan AB vətəndaşlarına qadağa.
▪️Rusiya komandaları və idmançılarının AB-dəki istənilən yarışlarda Rusiya bayrağı altında yarışmasına qadağa, eləcə də rəsmi Rusiya simvollarının nümayişinə qadağa.
▪️Rusiyalı sponsorların Avropa idman və mədəniyyət təşkilatlarına maliyyə axınlarına qoyulan məhdudiyyətlər, eləcə də rusların Avropa idman federasiyalarında rəhbər vəzifələr tutmasına qoyulan məhdudiyyətlər.
1 dəqiqə