AB Rusiyaya qarşı yeni sanksiya barədə razılığa gələ bilmədi
Bu barədə Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas deyib
Avropa Birliyi səfirləri Brüsseldə xarici işlər nazirlərinin görüşünə qədər Rusiyaya qarşı 21-ci sanksiya paketi barədə razılığa gələ bilmədilər.
Bunu Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas deyib.
"Ümid edirik ki, [fiziki və hüquqi şəxslərlə bağlı] 250 bənd üzrə razılığa gələ biləcəyik. Bu, indiyə qədər razılaşdığımız ən böyük rəqəmdir. 21-ci paketlə bağlı bəzi açıq suallar qalır", - deyə Avropa diplomatiyasının rəhbəri bildirib.
1 dəqiqədən az