ABŞ tərəfindən ələ keçirilən "Mariner" gəmisi haqda məlumat
Əvvəlcə Qayana bayrağı altında üzən gəmi İrandan gəlibmiş
ABŞ tərəfindən ələ keçirilən "Mariner" gəmisi haqqında təfərrüatlar.
Gəminin heyəti 28 nəfərdən ibarətdir: onlardan 20-si Ukrayna vətəndaşı, altısı Gürcüstan vətəndaşı (kapitan da daxil olmaqla) və ikisi Rusiya vətəndaşıdır.
Əvvəlcə Qayana bayrağı altında üzən gəmi İrandan gəlibmiş. ABŞ Sahil Mühafizəsi gəmisi Vaşinqtonun Qayana hakimiyyətindən gəmiyə öz bayrağı verdiyinə dair təsdiq almadığını iddia edərək, tankerdən ABŞ limanına getməsini tələb edib.
Lakin gəmi istiqamətini dəyişib və Venesuela sahillərindən Atlantik okeanına üzüb. Bu arada Qayana hakimiyyəti gəminin ölkələrinə heç bir aidiyyatı olmamasını bəyan edib.
Daha sonra kapitan tankerin adını dəyişdirib və Soçi limanı rəisindən Rusiya bayrağı altında müvəqqəti qeydiyyat alib.
ABŞ Sahil Mühafizəsi tankeri iki həftədən çox təqib edib.
1 dəqiqədən az