XƏBƏRLƏR / Sanksiya

Rusiya Ermənistandan süd məhsullarının idxalına qadağa qoydu

Bu barədə "Rosselxoznadzor" xəbər verib

Rusiya Ermənistandan süd məhsullarının idxalına qadağa qoydu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya 2026-cı il iyulun 27-dən Ermənistandan süd məhsullarının idxalını məhdudlaşdırır.

    Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") xəbər verib.

    Qurumdan qeyd edilib ki, iyulun 14-dən 21-dək "Rosselxoznadzor"un mütəxəssisləri əvvəllər baytarlıq xidmətinin zəmanəti ilə açılmış və məhsullarını Rusiyaya tədarük edən Ermənistanın süd emalı müəssisələrində yoxlama aparıblar.

    "Aşkar edilmiş pozuntularla əlaqədar "Rosselxoznadzor" Rusiya bazarında təhlükəli süd məhsullarının satışına yol verilməməsi üçün tədbirlər görüb", - məlumatda bildirilib.

    Ermənistan cəmiyyətində Rusiyanın bu addımı narazılıq və etiraz doğurub. Hökümətyönlü mətbuat cavab tədbirləri görməyə tələb edir. Misal üçün Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarmaq gündəmə gəlir.

    "Baqramyan 26" Teleqram kanalı yazır: Bu sirki bitirmək lazımdır və Ermənistandan üçün ilk növbədə, onların qondarma bazalarını çıxarmaq vaxtıdır. Dünyada 102-ci bazanın yaydığı daha çox "təhlükəli infeksiyaların" aşkar oluna biləcəyi bir süd məhsulu yoxdur və ola da bilməz! Sonra da addım-addım, bu hiyləgər məxluqlardan uzaqlaş!"