XƏBƏRLƏR / Sanksiya

Bu payız Rusiyaya qarşı ən geniş sanksiyalar təqdim edəcəyəm

Bunu "Die WELT" qəzetinə verdiyi müsahibədə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas deyib

Bu payız Rusiyaya qarşı ən geniş sanksiyalar təqdim edəcəyəm
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Almaniyanın "Die WELT" qəzetinə verdiyi müsahibədə Rusiyaya qarşı yeni sanksialardan danışıb:

    "Bu payız müharibənin başlanğıcından bəri Rusiyaya qarşı ən geniş sanksiyalar siyahısını təqdim edəcəyəm. Qəbul edilərsə, sanksiyalar altında olan Rusiya fərdlərinin, şirkətlərinin və təşkilatlarının sayı dərhal üçdə bir artacaq".

    ***

    Bundan başqa, Kallas bildirib ki, AB-nin İrana qarşı sanksiyalarına Ukrayna da qoşulub.

    Ukrayna və daha səkkiz ölkə Avropa Birliyinin İrana qarşı sanksiyalar qərarına qoşulub. Bu barədə Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) saytında dərc olunmuş bəyanatında bildirilib.

    Ukraynadan başqa, qərarı Albaniya, Bosniya və Herseqovina, İslandiya, Lixtenşteyn, Moldova Respublikası, Monteneqro, Şimali Makedoniya və Norveç dəstəkləyib.