Türkiyə aviaşirkətləri İrana uçuşlarını tam dayandırdı
Bu barədə "Middle East Eye" nəşri məlumat yayıb
"Middle East Eye" xəbər verir ki, "Türk Hava Yolları", "AJet" və "Pegasus" şirkətləri ABŞ sanksiyalarına görə 21 sentyabrda İrana uçuşları dayandırıb.
Gürcüstan da bu yaxınlarda ABŞ sanksiyalarına görə İrana hava nəqliyyatını tamamilə dayandırıb. İran aviaşirkətləri - "Qeshm Air", "Varesh Airlines", "Sepehran Airlines" və "Fly Kish Airlines" Batumi və Tbilisiyə uçuşlar həyata keçirirdi.
8 sentyabrda ABŞ Hörmüz boğazındakı hücumlara görə 27 İran aviaşirkətinə sanksiya tətbiq edib.
1 dəqiqədən az