XƏBƏRLƏR / Sanksiya

Aİ Hörmuzun blokadasına görə İrana sanksiya tətbiq edəcək

Bunu Aİ diplomatiya rəhbəri Kaya Kallas bəyan edəndən sonra İran Hörmüz boğazını tamamilə bağladı YENİLƏNİB

Aİ Hörmuzun blokadasına görə İrana sanksiya tətbiq edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 17:00

    İran Hörmüz boğazının tamamilə bağlandığını və bütün istisnaların ləğv olunduğunu elan edib.

    ***

    15:00

    Aİ İrana qarşı ilk dəfə olaraq naviqasiya azadlığını pozduğuna görə sanksiyalar tətbiq edəcək.

    Bu barədə Aİ diplomatiya rəhbəri Kaya Kallas Aİ müdafiə nazirlərinin qeyri-rəsmi görüşünə gələrkən bildirib.

    "Əlbəttə ki, biz Yaxın Şərqdəki vəziyyəti və Aİ-nin "Aspides" dəniz əməliyyatını müzakirə edəcəyik. Bu gün həmçinin naviqasiya azadlığını pozduğuna görə ilk dəfə İrana qarşı sanksiyalar tətbiq olunacaq", - deyə o qeyd edib.