Azərbaycan da İran şirkətlərinin uçuşlarını dayandırıb
İrandakı Azərbaycan səfirliyi uçuşların dayandırılması ilə bağlı vətəndaşlarına bəyanat yayıb
23:23
İrandakı Azərbaycan səfirliyi uçuşların dayandırılması ilə bağlı vətəndaşlarına bəyanat yayıb.
İran uçuşlarının ləğvi səbəbindən aviabilet almış və ölkəyə qayıda bilməyən Azərbaycan vətəndaşlarına iki ölkə arasındakı quru sərhəd keçid məntəqələrindən qayıtmaq üçün Tehrandakı Azərbaycan səfirliyi və ya Təbrizdəki Baş Konsulluğu ilə əlaqə saxlamaları tövsiyə olunur. Bu barədə Azərbaycan səfirliyinin bəyanatında bildirilib.
Diplomatik nümayəndəlik həmçinin qeyd edib ki, bu məhdudiyyətlər səbəbindən artıq aviabilet almış vətəndaşlara müvafiq aviaşirkətlər və onların alındığı satış məntəqələri ilə əlaqə saxlamaları tövsiyə olunur.
***
21:45
ABŞ sanksiyalarına görə Azərbaycan İran aviaşirkətlərinin uçuşlarını dayandırıb.
Azərbaycanın AZAL aviaşirkəti 22 sentyabr tarixindən etibarən İranın Azərbaycana uçuşlarının dayandırıldığını elan edib.
Şirkət bu qərarın ABŞ-ın İrana qarşı yeni sanksiyaları, xüsusən də aviasiya sektoruna qoyulan məhdudiyyətlər ilə bağlı olduğunu bildirib.
1 dəqiqə