Rusiya Ermənistanın balığına da "olmaz" dedi
"Rosselxoznadzor" Ermənistandakı balıq emalı zavodlarını yoxlayıb
21-27 may 2026-cı il tarixlərində "Rosselxoznadzor" Ermənistandakı balıq emalı zavodlarını yoxlayıb və alabalıq (forel) təsərrüfatlarına baş çəkib. Zavodların əlli faizi yoxlamadan imtina edib.
Yoxlama nəticələrinə əsasən, 2 iyun 2026-cı il tarixindən etibarən Ermənistan mövcud vəziyyət həll olunana qədər, yoxlamadan keçən iki şirkət istisna olmaqla, bütün Ermənistan şirkətlərindən diri balıq və balıq məhsullarının Rusiya alıcıları üçün baytarlıq sertifikatlaşdırmasını dayandırmalıdır.
Təsdiqlənmiş iki zavoddan balıq məhsulları təhlükəsizlik göstəriciləri üçün laboratoriya monitorinqi altında Rusiyaya idxal ediləcək.
1 dəqiqədən az